İlahi intiqam səudiyyəlilərin pusqusunda
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239066-İlahi_intiqam_səudiyyəlilərin_pusqusunda
Yəmənlilər bildiriblər ki, Sənada dəhşətli qırğın ardınca ilahi intiqam səudiyyəlilərin pusqusundadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 08:27 Asia/Baku
  • İlahi intiqam səudiyyəlilərin pusqusunda
    İlahi intiqam səudiyyəlilərin pusqusunda

Yəmənlilər bildiriblər ki, Sənada dəhşətli qırğın ardınca ilahi intiqam səudiyyəlilərin pusqusundadır.

Əl-Məsirə televiziyasının müxbiri Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmən paytaxtını bombalamaqla törətdiyi qanlı cinayət barəsində deyib: Təcavüzkar qırıcı təyyarələr yəmənlilərin qırğınını davam etdirirlər. Bu dəfə, tam vəhşiliklə Sənanın ən böyük zalı olan Rovişanda yas mərasimində çoxlu sayda yəmənlini hədəfə aldılar. 

Bir Yəmən vətəndaşı deyib: Burada sadəcə yas mərasimi keçirilirdi. BMT, İnsan Haqlarını müdafiə edən təşkilatlar və beynəlxalq ictimaiyyət haradadır? Bu cinayətin amilləri həmin İŞİD-çilərdir. Sadəcə havadan hücum edirlər. İŞİD-çilər bizi havadan bombalayırlar. Təyyarə ilə hücum edən İŞİD-çilərlə müqayisədə quru vasitə ilə hücum edən İŞİD-çilərlə qarşılaşmağa üstünlük veririk. 

Başqa bir Yəmən vətəndaşı deyib: Nəyi gözləyirsiniz? Bütün Yəmən vətəndaşları uşaq, qadın və kişilərin bugünkü qırğınından sonra ayağa qalxmalıdırlar. 

Yəmənli gənc deyib: Bu cinayət, Allahın istəyi ilə bizim müqavimətimizin artmasına və qələbəni əldə etməyimizə səbəb olacaq. 

Əl-Məsirə müxbiri deyib: Qatil qəsdən bir neçə mərhələdə yasın keçirildiyi bu zalın müxtəlif hissələrini hədəfə aldı ki, daha çox insanı qətlə yetirsin. 

Sənanın bombardmanında həlak olanlardan birinin başı üzərində oturan yəmənli gənc deyib: BMT hardadır? İnsan haqlarının müdafiəçisi iddiasında olan BMT haradadır? Allaha and olsun, biz bu cinayətkarlarla, düşmənlərlə, münafiqlərlə, yəhudi-amerikalı qatillərlə döyüşməyə hazırıq. 

Yaralı yəmənli gənc deyib: Allaha and olsun, bizim tökülən qanlarımız yerdə qalmayacaq və nəticəsiz olmayacaq. Biz səudiyyəlilərin vəhşiliyi qarşısında təslim olmayacağıq. Bu qanların bir damlası da yerdə qalmayacaq.