Ərdoğan İraq baş nazirinə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239384-Ərdoğan_İraq_baş_nazirinə_xəbərdarlıq_etdi
Türkiyə prezidenti İraq baş naziri Heydər əl-İbadiyə deyib ki, öz həddini və yerini bilsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2016 07:56 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti İraq baş naziri Heydər əl-İbadiyə deyib ki, öz həddini və yerini bilsin.

Röyters İnformasiya Agentliyinin verdiyi məlumata görə, İstanbulda keçirilən iclasda çıxışn edən Rəcəb Tayyib Ərdoğan deyib: İraqın bizdən Bəşiqə barsində müəyyən istəkləri vardı. Hazırda onlar bizə İraqı tərk etməyimizi deyirlər. Lakin Türkiyə ordusu o qədər zəifləməyib ki, sizdən göstəriş alsın. 

Rəsmi Bağdad Türkiyədən dəfələrlə öz qüvvələrini İraqdan çıxarmasını istəyib. Lakin Türkiyə qüvvələri hələ də İraqın şimalındadırlar. 

Türkiyə hərbçilərinin İraqın şimalında iştirakının bir il müddətinə uzadılması qanununun təsdiqlənməsi və İraq parlamentinin türk hərbçilərin Bəşiqə bazasından çıxarılmasını istəməsindən sonra, Türkiyə və İraq son həftələrdə siyasi gərginliklərin şahidi olmuşlar. Bu hətta, iki ölkə səfirlərinin XİN-lərə çağırılması ilə nəticələnmişdir.