Okt 12, 2016 11:58 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

İraq baş naziri Türkiyə prezidentinin açıqlamasına reaksiyada deyib: Biz sənin düşmənin deyilik, Amma İraq ərazilərini, onun döyüşçülərinin əli ilə azad edəcəyik.

Əl-Məyadinin məlumatına görə, İraq baş naziri Türkiyə prezidentinin açıqlamasına reaksiyada Ərdoğana xitabən deyib: Dəqiq, biz sənin düşmənin deyilik. Lakin  İraq ərazilərini Skayp və video-müraciətlə deyil, onun döyüşçülərinin iradəsi ilə azad edəcəyik. 

İraq baş nazirinin ofisi də bir bəyanat verərək Ərdoğanın açıqlamasına reaksiya verib və onu məsuliyyətsizlik adlandırıb. 

İraq Baş Nazirliyinin İnformasiya şöbəsinin rəhbəri Səəd əl-Hədisi əl-Məyadinə deyib: Ərdoğanın açıqlaması məsuliyyətsizlikdir və onun passiv və məntiqsiz mövqeyini əks etdirir. 

Türkiyə prezidenti İraq baş naziri Heydər əl-İbadinin türk hərbçilərin İraqdan çıxmalarının vacibliyi ilə əlaqədar müraciətinə reaksiyada bildirib ki, əl-İbadi öz həddini və yerini bilsin. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: Türkiyə ordusu Bəşiqə bazasında İraqdan icazə almayacaq. 

Teqlər