Ərdoğan ABŞ-ı kəskin qınayıb
Okt 12, 2016 18:16 Asia/Baku
-
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti ABŞ-ı terrorçu qruplara dəstək verməkdə ittiham edib.
Rəcəb Tayyib Ərdoğan deyib: Amerikanlar Fətullah Güləni Türkiyəyə təhvil verməzlərsə, biz başqa qərarlar verəcəyik.
Ərdoğan Amerikanın bəzi terrorçu qrupları, digər terrorçu qruplar qarşısında himayə etdiyini bildirib və deyib: Türkiyə öz sərhədlərini təmizləmək üçün Suriya və İraqdakı hərbi əməliyyatlarını davam etdirəcək.
Türkiyə prezidenti deyib: Beynəlxalq koalisiya İŞİD-i məhv etmək iqtidarında deyil və məhz buna görə kürd qüvvələrdən İŞİD ilə savaşmasını istəyir.
Ərdoğan çıxışının başqa bir hissəsində deyib: İndiyədək Gülən qrupu ilə əlaqədə olduqlarına görə, 3 min 456 hakim və prokuror vəzifəsindən azad edilib.