Yəmən xalqının cinayətkarlar qarşısındakı Aşurasayağı mövqeyinə təkid
-
Yəmən xalqının cinayətkarlar qarşısındakı Aşurasayağı mövqeyinə təkid
Yəmənin Ənsarullah hərəkatının baş katibi bu ölkə xalqının cinayətkarlar və Ərəbistan muzdluları qarşısındakı müqavimətini Aşura hadisəsindən ilham alınmış bir müqavimət adlandırıb.
Yəmənin Əlməsirə informasiya kanalının verdiyi məlumata görə, Əbdülmalik Bədrəddin Husi paytaxt Sənada keçirilən Aşura mərasimində iştirak edərək, Yəmən xalqının Aşura hadisəsindən ilham alaraq, Ərəbistan cinayətkarları qarşısında möhkəm bir mövqe tutduğunu deyib.
Əbdülmalik Husi əlavə edib: Yəmən xalqı azadlıq və müstəqillik kimi prinsiplərə bağlı olmasına görə, müxtəlif formalarda hücumlara məruz qalır.
Ənsarullah hərəkatının baş katibi Yəmən hadisələrini Kərbəla hadisəsinə bənzədib və deyib: Ərəbistanın Yəmənə nəzarəti öz əlinə keçirmək üzrə səyləri qəbul ediləsi deyil.
Hüseyn(ə) Aşurası mərasimi çərşənbə günü Yəmən xalqının geniş iştirakı ilə paytaxt Sənada keçirilib, Ləbbeyk Ya Hüseyn şüarı səsləndirilib.