Okt 15, 2016 11:01 Asia/Baku
  • Minlərlə iordaniyalı İsraildən qaz idxalına etiraz etdi
    Minlərlə iordaniyalı İsraildən qaz idxalına etiraz etdi

İordaniyanın təbii qaz idxalı üzrə İsrail ilə müqavilə imzalaması bu ölkə xalqının etirazına səbəb olub.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, minlərlə iordaniyalı cümə günü paytaxt Əmmanda yerləşən Hüseyni məscidində cümə namazında iştirak etdikdən sonra İsrail ilə imzalanan qaz idxalı müqaviləsinə etiraz olaraq aksiya keçirib. 

"Mənfur müqaviləyə qarşı xalqın qəzəb günü" adı altında keçirilən bu aksiyada İsrail ilə imzalanmış qaz idxalı müqaviləsinə qarşı şüarlar səsləndirilib. 

Bəzi aksiya iştirakçıları üzərinə "Düşmənin qazı işğalçılıqdır" şüarı yazılmış qırmızı rəngli paltarlar geyiblər. 

İordaniyalı fəallar etiraz aksiyasının keçirilməsi ilə  yanaşı sosial şəbəkələrdə də bu xüsusda bir kampaniya başladıblar. 

İsraildən qaz idxalı ilə müxalif olanlar həmçinin, bazar günü axşam bir saat müddətinə işıqlarını söndürərək, mənfur müqaviləyə etirazlarını bu şəkildə bildirməyi qərara alıblar. 

İordaniya dövləti isə İsraildən mavi yanacağın idxal edilməsini müdafiə edərək, bu müqavilənin İordaniyanı İsraildən asılı etməyəcəyini, əksinə illik olaraq İordaniyaya 600 milyon dollar gəlir gətirəcəyini bildirib. 

Amerikan-İsrail konsorsiumu ötən sentyabr ayının sonunda İordaniya ilə bir müqavilə imzalayıb. Bu müqaviləyə əsasən işğal edilmiş ərazilərdə yerləşən "Liqayasan" qaz yatağı İordaniyanın mavi yanacağa olan ehtiyacını təmin edəcək. 

Teqlər