Ərəbistana bağlı 40-dan çox muzdlu məhv edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239846-Ərəbistana_bağlı_40_dan_çox_muzdlu_məhv_edildi
Yəməndə Müharibə Təbliğatı Qərargahı ordu və xalq qüvvələrinin Ərəbistanın Nəcran əyalətindən Bəqa sərhəd keçid məntəqəsi vasitəsi ilə Yəmənə daxil olmaq istəyən böyük bir hərbi kontingenti tələyə salmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2016 09:27 Asia/Baku
  • Ərəbistana bağlı 40-dan çox muzdlu məhv edildi
    Ərəbistana bağlı 40-dan çox muzdlu məhv edildi

Yəməndə Müharibə Təbliğatı Qərargahı ordu və xalq qüvvələrinin Ərəbistanın Nəcran əyalətindən Bəqa sərhəd keçid məntəqəsi vasitəsi ilə Yəmənə daxil olmaq istəyən böyük bir hərbi kontingenti tələyə salmasından xəbər verib.

3 fərqli nöqtədə həyata keçirilən bu pusqu əməliyyatı öz növündə misilsiz olub. Bu əməliyyatlar nəticəsində Ərəbistanın Nəcran əyalətindən Bəqa sərhəd keçid məntəqəsi vasitəsi ilə Yəmənə daxil olmaq istəyən böyük bir hərbi kontingent darmadağın edilib. Bu əməliyyatlarda 40-dan artıq təcavüzkar muzdlu ünsür öldürülüb. 

Yəmənin Müharibə Təbliğatı Qərargahı bu xəbərin ardınca video görüntülər yayımlayıb. Bu video görüntülərdə muzdlu qüvvələrin hərəkəti yolunda törədilən güclü partlayışlar müşahidə olunur. Yəmənli qüvvələr isə partlayışların ardınca Allahu Əkbər, Amerikaya ölüm, Ali-Səuda ölüm, İsrailə ölüm və Zillət bizdən uzaqdır şüarları veriblər.