İsrail YUNESKO ilə əməkdaşlıqları dayandırdı
-
İsrail YUNESKO ilə əməkdaşlıqları dayandırdı
YUNESKO-nun qətnaməsinin ardınca İsrail rejimi bu təşkilat ilə əməkdaşlığını dayandırıb.
Qüds xəbər agentliyinin verdiyi məlumata görə, İsrail başçıları YUNESKO-nun Əl-Əqsa məscidinin müsəlmanlara aid olması ilə bağlı qətnaməsinə etiraz olaraq, bu təşkilat ilə əməkdaşlıqları dayandırıblar.
YUNESKO-nun son qətnaməsi fələstinli qruplar və insan haqları fəalları tərəfindən müsbət qarşılanıb.
YUNESKO cümə axşamı (13 oktyabr) Əl-Əqsa Məscidi ilə yəhudilər arasında hansısa dini bağlılığın olmasını rədd edən qətnamə layihəsini təsdiq edərək, bu məscidin müsəlmanların müqəddəs məkanı olduğunu elan edib.
Bu qətnamə Fələstin özünü idarə hökuməti, Misir, Əlcəzair, Mərakeş, Livan, Oman, Qətər və Sudan tərəfindən təklif edilmişdi. YUNESKO-ya üzv 24 ölkə bu qətnamənin lehinə səs verib. 6 ölkə bu qətnamənin əleyhinə səs verib. 26 ölkə isə bitərəf səs verib.