İraq baş nazirindən Türkiyəyə etiraz
Heydər İbadi: Türkiyə həssas şəraitdə bizə kömək etmədi. Amma, indi İŞİD üzərində qələbə çalmaq ərəfəsində olduğumuz bir zamanda nigaran olub.
Əliraqiyə telekanalının verdiyi məlumata görə, İraqın baş naziri iraqlı media mənsubları və analitiklər ilə görüşdə deyib: Biz müharibə halındayıq və şəhərlərimizi azad etməyə çalışırıq. Amma, qonşumuz Türkiyə kənardan tamaşa edir.
H.İbadi əlavə edib: Biz bu qonşudan silah istədik. Amma, onlar bizə 500 dəst geyim göndərdilər. Və biz də ondan istifadə etmədik. Bir neçə ölkədən yerli polisə təlimlərin keçilməsi üzrə bizimlə əməkdaşlıq etməsini istədik. Amma, başa düşə bilmirəm onlar hansı məntiq əsasında öz hərbçilərini bizim ərazilərimizdə yerləşdiriblər. O həssas zamanda bizə kömək etmədilər. İndi isə İŞİD-in məhv olmaq astanasında olduğu bir şəraitdə öz keçmiş rəftarlarına düzəliş etmək qərarına gəliblər. Sanki, bir növ nigaranlıq hissi keçirirlər. İraqlılar və hətta, iraqlı olmayanları belə bir sual maraqlandırır: İŞİD-i kim yaradıb? İraqda İŞİD-i kim dəstəkləyir? Biz İŞİD ilə savaşırıq. Torpaqlarımızı azad edirik. Eyni zamanda heç bir xarici qüvvəyə bizim torpaqlarımızda savaşmaq icazəsi vermirik. Biz bundan öncə də əcnəbi qüvvələrin iştirakı ilə müxalif olmuşuq. Hal hazırda da bu qüvvələrin istənilən müdaxiləsini məqsədlərimizə müdaxilə hesab edirik. Aşkar formada deyirəm, bizim baxışımızda xaricdən İraqa daxil olan istənilən hərbi qüvvə düşmən qüvvə hesab olunur və terrorçular ilə onlar arasında heç bir fərq yoxdur.