Yəmən ordusu ilə toqquşmalarda Səudiyyə muzdluları öldürülüblər
-
Yəmən ordusu ilə toqquşmalarda Səudiyyə muzdluları öldürülüblər
Yəmən xalq qüvvələri bu ölkənin sərhəd ərazilərində Səudiyyə Ərəbistanının mövqelərinə hücum ediblər.
Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri bu gün Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı təcavüzlərinə cavab olaraq, Səudiyyə Ərəbistanının cənubunda Nəcran vilayətində yerləşən Əl-Xəzra keçidində Səudiyyə muzdlularının mövqelərini 40-dan çox raketlə hədəfə alıblar.
Həmçinin Səudiyyə Ərəbistanının cənubunda Ceyzan və Əsir vilayətləri də Yəmən ordusunun atəşi altında olub.
Bu hücumlarda ən azı 5 Səudiyyə hərbçisi öldürülüb, 10 hərbçi isə yaralanıb.
Səudiyyə Ərəbistanının hərbi təyyarələri də Yəmənin bəzi bölgələri o cümlədən Təəz vilayətində Xalid hərbi bölməsini bombalayıblar. Hələlik bu hücumun tələfatı barədə məlumat yayılmayıb.
Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından Yəmənə qarşı hava hücumları həyata keçirir. Bu hücumlar nəticəsində 10 min yəmənli mülki həlak olub, on minlərlə mülki isə yaralanıb.