Adil Əccübeyr : Səudiyyə Ərəbistanı Yəməndə atəşkəsin bərqərar edilməsinə hazırdır
-
Adil Əccübeyr
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübeyr ölkəsinin Yəməndə atəşkəsin bərqərar edilməsinə hazır olduğunu bildirib və bunu Hövsilərin də razılaşmaları ilə şərtləndirib.
İRNA-nın verdiyi məlumata görə, Əl-Məyadin telekanalı bu gün təcili bir məlumatda bu xəbəri verib. Telekanal Adil Əccübeyrin dilindən bildirib ki, Ər-Rəyad Hələbdəki təkfirçi terrorçulara əlavə silahların göndərilməsinə təşəbbüs göstərəcək. Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib: "Hövsilərin Yəməndə atəşkəsə sadiq qalacaqlarına şübhə edirirk."
Əccübeyri deyib: Mosulun azad edilməsi əməliyyatına start verilməsi ilə, İŞİD yaxın günlərdə böyük ziyanlara məruz qalacaq. Əccübeyr Amerikan-Səudiyyə siyasətləri çərçivəsində, İŞİD terrorçularına dəstək və İraqdakı İŞİD-çilərin Suriyanın Rəqqə ərazilərinə ötürülməsi planı çərçivəsində deyib: İraqın xalq qüvvələrinin Mosula daxil olması və bu şəhərin qan gölünə çevrilməsindən nigaranıq.