Okt 18, 2016 13:13 Asia/Baku
  • İraq dövləti Türkiyənin Mosul döyüşündə iştirakının əleyhinədir
    İraq dövləti Türkiyənin Mosul döyüşündə iştirakının əleyhinədir

İraq hökumətinin sözçüsü deyib: İraq Mosulun azad edilməsi əməliyyatında Türkiyə ordusunun iştirakının əleyhinə olduğunu bu ölkədən gələn heyətin diqqətinə çatdırıb.

Səd Əl-Hədisi Əl-Hədəs telekanalına verdiyi müsahibədə Türkiyənin Xarici İşlər Nazirliyindən bir heyətin Bağdada səfəri barədə deyib: Bu heyət Bağdadda İraq rəsmiləri ilə görüşdü amma yeni bir fikir ortaya qoymadı. Biz İraq hökumətinin Türkiyə hərbçilərinin ölkəmizə daxil olması barədəki mövqeyinə bir daha təkid etdik. Biz Bəşişə bazasında yerləşən Türkiyə hərbçilərinin Mosulun azad edilməsi əməliyyatında hər hansı roluna qarşı olduğumuzu bildirdik. Biz hər hansı ölkənin hərbçilərinin İraq ərazisinə daxil olmasının əleyhinəyik. Əl-Hədisi deyib: Türkiyə tərəfi özü Bağdada bir heyət göndərmək və iki ölkə arasında yaranmış böhrana bir həll yolu təklif etmək istədi. Lakin medialarda deyilənlərin əksinə olaraq, Türkiyə heyətindən heç bir təklif gəlmədi. Əgər bu heyət Türkiyənin əvvəlki mövqeyinə təkid edəcəkdisə, onun Bağdada göndərilməsi mənasız idi. Biz hesab edirdik ki, Türkiyə dövləti İraqa bir heyət göndərmək təklifi ilə, yeni bir mövqe bildirmək niyyətindədir. Bizim Ankara barədə mövqeyimiz dəyişməyib və İraqın milli hakimiyyətinə hörmətlə yanaşılmalı olduğunu vurğulayırıq. Türkiyə İraqın daxili işlərinə müdaxiləsinə son qoymalı, hərbçilərini İraqdan çıxarmalıdır. Biz Mosulun azad edilməsi əməliyyatında Türkiyə ordusunun hər hansı rol oynamasının əleyhinəyik. Heç bir ölkə hərbi əməliyyat barədə öz mövqeyini İraqa qəbul etdirə bilməz. İraqın silahlı qüvvələrinin baş komandanı hərbi əməliyyatın çərçivəsini müəyyənləşdirir. 

İraq hökumətinin sözçüsü Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın özününü bu günkü çıxışında dolayısı ilə İran hərbçilərinin iştirakına toxunması barədə isə deyib: İraqda döyüş meydanında heç bir ölkənin hərbçiləri iştirak etmir və sadəcə Türkiyə hərbçiləri İraqda fəaliyyət göstərirlər və biz onlara Mosul əməliyyatında müdaxilə icazəsi verməyəcəyik. Sadəcə xarici hərbi kontingentlər iraqlı qüvvələrə məsləhət verirlər və İraqda hər hansı ölkənin hərbi qüvvəsi yoxdur. 

Teqlər