Bəhreyn alimləri Hüseyn(ə) minbərləri natiqlərinin azad edilməsini istəyiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240578-bəhreyn_alimləri_hüseyn(ə)_minbərləri_natiqlərinin_azad_edilməsini_istəyiblər
Bəhreyn alimləri bir bəyanat yayaraq, Hüseyn(ə) minbərləri natiqlərinin dərhal azad edilməsini, dini zorakılığın durdurulmasını və hazırkı böhrandan siyasi çıxış yolunun tapılmasını istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2016 09:17 Asia/Baku
  • Bəhreyn alimləri
    Bəhreyn alimləri

Bəhreyn alimləri bir bəyanat yayaraq, Hüseyn(ə) minbərləri natiqlərinin dərhal azad edilməsini, dini zorakılığın durdurulmasını və hazırkı böhrandan siyasi çıxış yolunun tapılmasını istəyiblər.

Bəhreynin Əllolo telekanalının verdiyi məlumata görə, Bəhreyn alimləri bir bəyanat yayaraq, bu ölkə hökumətinin Bəhreyn şiələrinə qarşı proqramlaşdırılmış şəkildə siyasət yürütdüyünü bildiriblər. Bu bəyanatda deyilir: Ötən illər ərzində şiələrə qarşı repressiyalar onların polis idarəsinə çağırılması və dini çıxışlarla bağlı sorğu-suala çəkilməsi ilə məhdudlaşırdı. Amma, bu gün hökumət daha təhlükəli addım ataraq, Kərbəla hadisəsi barədə tamamilə dini xarakter daşıyan çıxışlara görə, natiqləri həbs edir. Halbuki, bu çıxışlar yüz illərdir ki, Bəhreyndə adət halını alıb. 

Bəhreyn alimləri öz bəyanatlarının sonunda əlavə ediblər: Hökumətin bərabər hüquq və ədalət əsasında davranış istəyən bir xalq ilə düşmənçiliyi və dini zorakılığa yol verməsi peşmançılıqdan başqa heç bir nəticə verməyəcək.