Rayəl-Yəum: Yəməndə atəşkəs daha çox Səudiyyə Ərəbistanının xilasına yönəlikdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240650-rayəl_yəum_yəməndə_atəşkəs_daha_çox_səudiyyə_Ərəbistanının_xilasına_yönəlikdir
Londonda çıxan Rayəl-Yəum qəzetinin internet portalı yazıb: Yəməndə təklif olunan atəşkəs daha çox Səudiyyə Ərəbistanını düşdüyü çıxılmaz vəziyyətdən xilas etməyə yönəlikdir ona görə ki, yoxsul bir ölkəyə qarşı müharibə və bu ölkənin əhalisini qırğın etməkdə güdülən məqsədlərdə nakamlıq, Səudiyyə Ərəbistanının müttəfiqlərinin etirazına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2016 14:56 Asia/Baku
  • Yəməndə atəşkəs
    Yəməndə atəşkəs

Londonda çıxan Rayəl-Yəum qəzetinin internet portalı yazıb: Yəməndə təklif olunan atəşkəs daha çox Səudiyyə Ərəbistanını düşdüyü çıxılmaz vəziyyətdən xilas etməyə yönəlikdir ona görə ki, yoxsul bir ölkəyə qarşı müharibə və bu ölkənin əhalisini qırğın etməkdə güdülən məqsədlərdə nakamlıq, Səudiyyə Ərəbistanının müttəfiqlərinin etirazına səbəb olub.

Rayəl-Yəum qəzetinin internet portalında dərc olunan məqalədə deyilir: Yəmənə qarşı müharibədən keçən son 19 ay ərzində Yəməndə atəşkəs mövzusundakı razılaşmalar və Vələd Əşşeyxin səyləri nəticəsiz qaldı ona görə ki, müharibənin əsas tərəfi olan Səudiyyə Ərəbistanı müqabil tərəfin burnunu ovacağını onu məğlubiyyətlə razılaşmağa vadar edəcəyini təsəvvür edirdi. Amma meydandakı durumun dəyişməsinə görə, növbəti atəşkəsin davamlı olacağı ehtimal edilir. 

Səudiyyəlilər daxili maliyyə böhranı, müharibənin uzanması, müqabil tərəfin müqavimət göstərməsi və müdafiədən hücum mövqeyinə keçməsi nəticəsində bu müharibəni davam etdirməyin intihar və maliyyə və insani mənbələrini məhv etmək olduğunu dərk etdilər. 

Məhz buna görə də get-gedə çıxılmaz vəziyyətdən xilas olmaq və Yəmən böhranından abırlı şəkildə yaxa qurtarmaq yollarını araşdırmağa başlamalı oldular. Küveyt müzakirələrində iştirakı olan Ənsarullah qrupuna yaxın şəxslərdən biri Rayəl-Yəuma deyib: Son görüşlərdə Səudiyyə Ərəbistanı rəsmilərinin nəhayət səyləri Ər-Rəyadı məğlub kimi göstərməyəcək tərzdə duruma son qoymağa yönəlmişdir.Yəmən müharibəsində Səudiyyə Ərəbistanının ortaqları olan amerikanlar və ingilislər mövcud durumdan təngə gəlmiş və Sənada yas mərasimində törədilən hərbi cinayətdən sonra çıxılmaz vəziyyətə düşmüşlər. Məhz buna görə də onlar toqquşmaların qeyd-şərtsiz olaraq dayandırılması və həll yolunun müəyyənləşməsi üçün müzakirə masasına müraciət edilməsini istəyirlər.