Atəşkəsə rəğmən, Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
-
Atəşkəsə rəğmən, Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
Yəməndə 72 saatlıq atəşkəsin bərqərarına rəğmən, Ərəbistan qırıcıları bir daha Yəmənin müxtəlif məntəqələrini bombalayıblar.
Əlməsirə informasiya kanalının məlumatına görə, Ərəbistan qırıcıları Yəmənə qarşı təcavüzün davamında dünən gecə paytaxt Sənanı və Yəmənin bir neçə digər vilayətini, o sıradan Səədə və Əlhədidəni hədəfə alıblar. Nəticədə bir qrup yəmənli ölüb və yaralanıb.
Yəməndə uzadılma imkanlı 72 saatlıq atəşkəs BMT-nin nəzarətilə bu gün səhər tezdən başlanıb.
Yəməndə 72 saatlıq atəşkəsin bərqərarı layihəsi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmail Vələd Şeyx Əhməd tərəfindən elan olunub.
Ali-Səud rejimi bundan öncə də Yəməndə atəşkəsi pozubdur.
Yəmənin səhiyyə nazirliyi öz məlumatında bildiribdir ki, ötən on doqquz ay ərzində səud koalisiyasının Yəmən xalqına qarşı hücumlarında səkkiz mindən çox yəmənli ölüb, 19500 nəfər də yaralanıbdır.