Səudiyyəli qırıcılar Yəmənin müxtəlif bölgələrinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i241766-səudiyyəli_qırıcılar_yəmənin_müxtəlif_bölgələrinə_hücum_ediblər
Səudiyyə bombardmançılarının Yəmənin şimalına hücumlarında 6 sivil həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2016 17:28 Asia/Baku
  • Səudiyyəli qırıcılar Yəmənin müxtəlif bölgələrinə hücum ediblər
    Səudiyyəli qırıcılar Yəmənin müxtəlif bölgələrinə hücum ediblər

Səudiyyə bombardmançılarının Yəmənin şimalına hücumlarında 6 sivil həlak olub.

Əl-Aləm telekanalının məlumatına görə, səudiyyəli bombardmançılar ötən gecə Sədə vilayətinin Baqim rayonunu hücumlara məruz qoyublar. Nəticədə 6 yəmənli sivil həlak olub.

Səudiyyəli təyyarələr Yəmən paytaxtı Sənanın yaşayış massivləri, Təiz vilayətini dəfələrlə hücumlara məruz qoyublar. Bu hücumlarda yaşayış massivlərinə ağır xəsarətlər dəyib.

Yəmənin qərbində Hüdəydə vilayətində də Ali-Səud qırıcıları əl-Kəsib bölgəsində bir dəniz bazasını dəfələrlə bombalayıblar.

Yəmən ordusu və xalq qüvvələri səudiyyəli təcavüzkarların cinayətlərinə reaksiya olaraq Ərəbistanın cənubunda Nəcran hərbi bazasını raketlə atəşə tutublar. Nəticədə çoxlu sayda muzdlu öldürülüb.

Yəmənin mərkəzində yerləşən Marib vilayətində Sərvah rayonunda Yəmən ordusu və xalq qüvvələri ilə döyüşlərdə çoxlu sayda muzdlu öldürülüb.

Yəmənin cənub-şərqində Şibvə vilayətində ordu və xalq qüvvələri Əsilan qəsəbəsinə nüfuz etməyə cəhd edən səudiyyəli muzdluları uğursuzluqla üzləşdibilər. Bu əməliyyatda düşmənin bir həbri avtomobili məhv edilib və onun sərnişinləri öldürülüb.