Okt 26, 2016 10:46 Asia/Baku
  • Heydər Əl-İbadi
    Heydər Əl-İbadi

İraqın baş naziri Türkiyənin bu ölkəyə müdaxiləsini qəbuledilməz hesab edib və terrorizm ilə mübarizədə iraqlı qüvvələrin yüksək əhval-ruhiyyəyə malik olduğunu vurğulayıb.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, Heydər Əl-İbadi Bağdadda keçirilən həftəlik brifinqində çıxışı zamanı deyib: Artıq biz Mosulun azad edilməsi əməliyyatının daha geniş etapına start vermişik və Mosul ətrafındakı bir çox şəhərlər artıq azad edilmişdir. 

İraqın baş naziri deyib: Türkiyənin İraqda çaxnaşmaya səbəb ola biləcək təşəbbüsləri bu gün nazirlər kabinetində araşdırıldı, bizim Türkiyə ilə düşmənçiliyimiz yoxdur və biz Türkiyənin bu kimi təşəbbüslərindən təəssüflənirik. Türkiyə hərbçilərinin İraq ərazilərinə daxil edilməsi və Türkiyə rəsmilərinin hədələri qəbul edilməzdir və iki ölkə arasında dinc qonşuluq münasibətləri və yaxşı əlaqələrə uyğun gəlmir. Türkiyədən İraqın izzəti, kəraməti və hakimiyyətini təhqir etmək ardınca olmamasını istəyirik, ümid edirik qonşu ölkə ilə qarşı-qarşıya durmaq mərhələsinə gəlib çatmayacağıq.

İraqın baş naziri deyib: Bütün iraqlı etnoslarin biri-birinin kənarında terrorçulara qarşı mübarizə aparması çox böyük əhəmiyyətə malikdir. Bütün əcnəbi ölkələrin rəsmiləri İraqa dəstək verir və Türkiyənin İraqa təcavüz edəcəyinə imkan verməyəcəklərini deyirlər, bəzi tərəflər Türkiyə ilə diplomatik səylərin nəticə əldə etməsinin tərəfdarıdırlar. Beynəlxalq ictimaiyyət hər bir səviyyədə İraqa dəstək verir. 

Teqlər