Səudiyyə Ərəbistanı Fələstin muxtariyyətinə maliyyə yardımını kəsib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i241982-səudiyyə_Ərəbistanı_fələstin_muxtariyyətinə_maliyyə_yardımını_kəsib
İqtisadi böhranla üz-üzə duran səudilər Fələstin muxtariyyətinə maliyyə yardımlarını dayandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2016 07:18 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Fələstin muxtariyyətinə maliyyə yardımını kəsib
    Səudiyyə Ərəbistanı Fələstin muxtariyyətinə maliyyə yardımını kəsib

İqtisadi böhranla üz-üzə duran səudilər Fələstin muxtariyyətinə maliyyə yardımlarını dayandırıblar.

Fələstinin Səma informasiya agentliyi Fələstin muxtariyyəti rəsmilərinə istinadla bildirib ki, Səudiyyə Ərəbistanı artıq 6 aydır ki, Fələstin muxtariyyətinə aylıq 20 milyon dollarlıq maliyyə yardımını iqtisadi problemlərə görə dayandırıb. 

Ali-Səud rejiminin iqtisadi taleyinin qaranlıq olması Ər-Rəyadın və regionun bəzi neft çıxara ərəb ölkələrinin 2014-cü ildə neftin qiymətinin aşağı salınmasına olan cəhdlərindən mənşə alır , məhz bunun nəticəsində neftin dünya bazarlarındakı qiyməti hər barrel üçün 100 dollardan 40 dollara endi.

Ər-Riyad və Vaşinqtonun regionda xüsusi ilə İraq , Suriya və Yəməndə izlədikləri siyasətlərin məğlubiyyətə uğramasından sonra Səudiyyə Ərəbistanı və ABŞ neftin qiymətini endirməklə İran, Rusiya və İraqa təzyiq göstərmək istədilər. Lakin bu məkrli plan əks nəticə verib və Fars körfəzinin sahilyanı ərəb ölkələri xüsusilə də Səudiyyə Ərəbitanının ziyanı ilə nəticələnib. 

Səudiyyə Ərəbistanının böyük məbləğdə borcları ölkə daxilində hakimiiyyətə qarşı narazılıqları da artırıb, xalq bu ölkə sərvətinin Yəmən uşaqlarının qırğın edilməsi üçün sərf olunmasından son dərəcə qəzəblidir.