Bədrəddin: Bu gün Səudiyyə Ərəbistanının təhlükəsi hamını təhdid edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i242111-bədrəddin_bu_gün_səudiyyə_Ərəbistanının_təhlükəsi_hamını_təhdid_edir
Yəmənin Ənsarullah hərəkatının baş katibi İslam dünyasının bəlasının təkfirçilik düşüncələri olduğunu bildirərək deyib: Bu düşüncəni Ali-Səud rejimi ABŞ-ın bayrağı altında dəstəkləyir və bu düşüncə sionist rejimə xidmət edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2016 07:32 Asia/Baku
  • Yəmənin Ənsarullah hərəkatı
    Yəmənin Ənsarullah hərəkatı

Yəmənin Ənsarullah hərəkatının baş katibi İslam dünyasının bəlasının təkfirçilik düşüncələri olduğunu bildirərək deyib: Bu düşüncəni Ali-Səud rejimi ABŞ-ın bayrağı altında dəstəkləyir və bu düşüncə sionist rejimə xidmət edir.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Əbdül-Məlik Bədrəddin deyib: İslam dünyasının bu gün əziyyət çəkdiyi əsas məsələ Ali-Səud rejiminini ABŞ-ın bayrağı altında, Amerikanın göstərişləri,və siyasi mühəndisliyi ilə dəstək verdiyi təkfirçilik fəaliyyətləridir ki, onun xeyiri sadəcə sionist rejimə çatır və əslində İsrailin himayədarıdır.

Ali-Səud rejiminin cəhdləri hamı üçün təhlükədir. qərbi ərəb ölkələri, Misir və stabilliyini itirmiş bir çox ərəb ölkələri bu təhlükə ilə Yəmən, Suriya və İraqda olduğu qədər qarşı-qarşıya durmaqdadırlar. 

Əbdül-Məlik Bədrəddin deyib: Səudiyyə Ərəbistanının siyasətləri həqiqi mənada ikiüzlü siyasətlərdir. Səudiyyə Ərəbistanı xeyir məqsədi görüntüsü ilə fəaliyyətini başladı, onlar yumşaq metodla kitablar yayır, məktəblər inşa etdirirdilər, onlar bu yolla ölkələrə nüfuz etməyi planlaşdırırdılar, bu məqsədə nail olduqdan sonra başqa yol götürdülər, metodlarını dəyişdilər. Vaxtı ilə dini təbliğatçılar görüntüsündə zahir olan səudilər get-gedə insanları batil düşüncəyə yönəldərək onların ürəyinə başqalarına qarşı nifrət və düşmənçilik toxumları əkdilər və insanı insanlığından uzaqlaşdırmağa onu vəhşiləşdirməyə cəhd göstərdilər. 

Ə.Bədrəddin deyib: Ali-Səud ilk öncə mülayim xüsusiyyətli olmaq, özü ilə diş fırçası gəzdirməyə tövsiyə kimi təlimlərə başladılar və bu təlimləri partlayıcı kəmər və silah sursat daşımaq,  nifrət və zorakılıq hissləri ilə aşıb-daşan insanlar yetişdirmək mərhələsinə gətirib çatdırdılar. Amma bunu kimin üçün etdilər?