Bəhreyn alimləri əl-Vifaq Cəmiyyətinin əmlakının müsadirəsini pislədi
-
Bəhreyn alimləri əl-Vifaq Cəmiyyətinin əmlakının müsadirəsini pislədi
Bəhreyn alimləri Ali-Xəlifə rejiminin əl-Vifaq İslam Cəmiyyətinin əmlakının müsadirə olunması və hərraca çıxarılması ilə bağlı qərarını pisləyiblər.
Əl-Aləm telekanalının məlumatına görə, Bəhreyn alimləri çərşənbə günü bir bəyanatda Ali-Xəlifə rejiminin əl-Vifaq İslam Cəmiyyətinin əmlakının müsadirə olunması və hərraca çıxarılmasına dair qərarını pisləyərək bildirib: Bəhreynin siyasi quruluşu milli hakimiyyət hüququnu pozmaqla, parlamenti praktiki şəkildə ləğv etməklə və ölkənin təhlükəsizlik qanunlarından daha ağır qanunlar tənzimləmək istiqamətində hökuməti səlahiyyətli etməklə Bəhreyni üç dekada öncəyə qaytarıb.
Bəhreyn alimləri xəbərdarlıq ediblər: Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin zülmü və sitəmi qarşısında müqavimət göstərəcək və daha inamla öz qanuni tələbləri və haqları istiqamətində addım atacaqlar.
Bundan öncə də Bəhreynin əl-Vifaq İslam Cəmiyyətinin baş katibinin müavini Şeyx Hüseyn əl-Deyhi Ali-Xəlifə rejiminin bu cəmiyyətin əmlakını müsadirə etməsi və hərraca çıxarmasını tənqid edərək bildirib: Bu ölkədə şiələrin mühakiməsi Bəhreynin adil və demokratik siyasi quruluşa ehtiyaclı olduğunu və Bəhreyn vətəndaşlarının uca səslə korrupsiya, zülm, müstəbidlik, yoxsulluq, ölkənin dağıdılması və vətəndaşların müxtəlif yollarla terror edilməsinə qarşı çıxmalarını əks etdirir.
Bəhreyn rejimi ötən şənbə günü bu ölkədə ən böyük siyasi qurum olan Milli əl-Vifaq İslam Cəmiyyətinin əmlakı və binasını müsadirə edib və hərraca çıxarıb.