Seyid Əmmar Həkim və Məsud Barzani əməliyyatın uğurla davam etdiyini vurğulayıblar
-
Məsud Barzani - Seyid Əmmar Həkim
İraqın Ali İslam Məclisinin sədri İraqın şimalında Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad olunmasını bu ölkənin inkişafı istiqamətində yeni mərhələ adlandırıb.
İRNA-nın məlumatına görə, İraqın Ali İslam Məclisinin sədri Seyid Əmmar Həkim cümə axşamı günü İraq Kürdüstanı bölgəsinin sədri Məsud Barzani ilə Mosulun şimalında Xazir şəhərində keçirdiyi mətbuat konfransında deyib: İraqda daxili siyasət şərikləri arasında əməkdaşlığa əsaslanan yeni mərhələ və Mosul azad olunduqdan sonra Bağdad və Ərbil arasında əməkdaşlığın genişlənməsi üzrə proses yaranır.
Seyid Əmmar Həkim bütün iraqlıların diqqətinin İŞİD-lə mübarizə və onun məhvinə yönəlməli olduğunu diqqətə çatdıraraq əlavə edib: İŞİD terror qruplaşması bir təhlükəsizlik probleminə görə qəfildən yaranmayıb və bu terror qrupunun məhvi yolu da yalnız hərbi vasitə deyildir. Hərbi, təhlükəsizlik, ictimai, inkişaf və iqtisadi sektorlara şamil olan hərtərəfli mübarizəyə ehtiyaclıdır.
İraq Kürdüstanı bölgəsinin rəhbəri Məsud Barzani də bu mətbuat konfransında İŞİD-in Kərkük şəhərinə son hücumu barəsində deyib: Bu hücum Mosul savaşında İŞİD-in məğlubiyyət nişanəsidir.
İraq Kürdüstanı bölgəsinin başçısı həmçinin Bağdad və Ərbil arasında əlaqələrin müsbət qarşılayıb və İraq Kürdüstanı ilə mərkəzi hökumətin əməkdaşlıqlarını yüksək qiymətləndirib.
Bu arada İraq prezidenti Fuad Məsum deyib: Mosul şəhərinin azad olunması layihəsi yaxşı və səmərəlidir.
O deyib: İraq qüvvələrinin birliyi ilə Mosul savaşının qalibi İraq xalqı olacaqdır.
İraq parlamentinin sədri Səlim əl-Cəburi də Ərbildə keçirilən Yaxın Şərq konfransında İŞİD terror qruplaşmasının məhv edilməsindən sonra bu ölkə konstitusiyasına yenidən baxılmasını istəyib.
İraqın Bədr Təşkilatının baş katibi Hadi əl-Amiri də Türkiyənin İraqda müdaxilə etməsinə icazənin verilməyəcəyini qeyd edərək deyib: Xalq səfərbər qüvvələri İraq baş naziri Heydər əl-İbadi istədiyi halda Mosul şəhərinə daxil olacaqlar.
Mosulun İŞİD terror qruplaşmasından azad olunması əməliyyatı 17 oktyabrda başlayıb.
İraqın şimalında Neynəva vilayətinin mərkəzi olan Mosul şəhəri 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının işğalındadır.