Okt 27, 2016 20:20 Asia/Baku
  • Minlərlə iraqlı Neynəva vilayətindən çıxıb
    Minlərlə iraqlı Neynəva vilayətindən çıxıb

İraqın Miqrasiya Nazirliyi bildirib: Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad olunması əməliyyatının əvvəlindən bəri minlərlə iraqlı terrorçuların mühasirəsindən qaçmışdır.

Süməriyyə News xəbər portalının məlumatına görə, İraq Miqrasiya Nazirliyi bu gün bildirib: Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD-in işğalından azad olunması əməliyyatının əvvəlindən 11 min 735 iraqlı bu vilayətin şəhər və bölgələrindən çıxmışdır.

İraqın Mərkəzi Polis Qərargahının rəisi general Cəfər əl-Bəttat da bildirib: Mosul şəhərinin cənub istiqamətində hərbi qüvvələr 59 kəndi İŞİD-in işğalından azad ediblər.

İŞİD terror qruplaşması da bu gün Mosul xəstəxanaları, o cümlədən şəhərin mərkəzi xəstəxanasında yatan xəstələri xəstəxanadan çıxarıb ki, terrorçuları müalicə edə bilsin.

İŞİD terror qruplaşmasının üzvləri həmçinin Mosul şəhərində onlarla iraqlını edam ediblər.

Bu arada ABŞ ordusunun mərkəzi komandanı general İosif Votel bu gün deyib: Mosulun azad olunması əməliyyatı başlandığı zamandan 800-900 İŞİD terrorçusu öldürülüb.

Mosulun İŞİD terror qruplaşmasından azad olunması əməliyyatı 17 oktyabrda başlanıb.

İraqın şimalında Neynəva vilayətinin mərkəzi olan Mosul şəhəri 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının işğalındadır.

Teqlər