Okt 31, 2016 11:13 Asia/Baku
  • Diyarbəkir bələdiyyə sədri Gültəkin Kişanak
    Diyarbəkir bələdiyyə sədri Gültəkin Kişanak

Ötən çərşənbə axşamı günündə istintaq üçün saxlanılan Türkiyənin Diyarbəkir bələdiyyə sədri prokurorun hökmü ilə həbsxanaya göndərilib.

İRNA-nın verdiyi bu məlumatda bildirilir ki, Diyarbəkir bələdiyyə sədri Gültəkin Kişanak PKK ilə əməkdaşlıqda ittiham edilir. 

Həmçinin Diyarbəkir bələdiyyə sədri və onun muavininin həbsinə etiraz edən Xalqların Demokratik Partiyasının üzvü keçmiş millət vəkili xanım Ayla Akat da polis tərəfindən saxlanılıb.

Türkiyə dövləti Xalqların Demokratik Partiyasını PKK ilə əlbir olmaqda ittiham edir və öncə də Türkiyənin kürd sakinli bölgələrində həmin partiyadan olan 24 bələdiyyə sədrini vəzifələrindən kənarlaşdırmış sonra isə onların çoxunu həbs etmişdi. Xalqların Demokratik partiyası Türkiyə parlamentində 59 yerə malikdir.

Teqlər