Okt 31, 2016 12:11 Asia/Baku
  • Yəmənə qarşı cinayətləri artdı
    Yəmənə qarşı cinayətləri artdı

Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına üzvlük müddətinin artırılmasından bir neçə saat sonra təcavüzkar səudiyyə qırıcıları Yəməndə növbəti qırğın törətdilər. Onlarla insanın şəhid olması və yaralanması ilə nəticələnən bu cinayət Yəmənin qərbində Əl-Hüdəydə vilayətində baş verib. 120 məhbusun və onlarla həbsxana işçisinin qaldığı Əz-Zeydiyyə həbsxanası hava hücumlarına məruz qalıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, hücumda yaralananlardan biri deyib: Biz kamerada oturmuşduq, birdən bombardıman baş verdi, qəlpələr bədənimə girdi.

Rəsmi məlumatlara görə, bu cinayətin əksər qurbanları məhbuslar olublar. Həmçinin həbsxananın ətraf ərazilərində yaşayış məntəqəsində də ölənlər var. 

Qaynaqlar bildiriblər ki, qurbanların sayı arta bilər, ona görə ki, hələ çoxları uçqun altındadır. Yardım və xilas qrupları uçqunların altında qalanlara yardım əməliyyatını davam etdirirlər. 

Şahidlər deyiblər ki, təcavüzkar səudiyyə qırıcıları bu bina və ətraf əraziləri hədəfə aldılar, onlar bu cinayəti törətdikdən sonra da xilasedici qüvvələr fəaliyyətlərini həyata keçirə bilməsinlər deyə öz hücumlarını davam etdirdilər. 

Bir yəmənli yaralı deyib: İlk hücumdan sonra ikinci və üçüncü hücum baş verdi.

Əl-Hüdəydə vilayətinin səhiyyə mərkəzi yaralıların xilası üçün yardım tələb edərək bildirib:15 yaralı hərbi hospitala, qalan yaralılar isə 22 may xəstəxanasına köçürülüblər. Şəhərin digər xəstəxanaları hazır vəziyyətdədirlər.

Bu cinayət elə bir şəraitdə törədilir ki, Səudiyyə Ərəbistanının mediaları səudiyyə rejiminin cinayətlərini ört-basdır etmək üçün Yəmən ordusu və xalq qüvvələrinin guya Məkkəni hədəfə aldıqlarını iddia edirlər. 

Yəmən rəsmiləri səudiyyə terrorizminin mülkiyə qarşı növbəti cinayətinin cavabsız qalmayacağını bildiriblər. Onlar ABŞ-ın təcavüzkarlara dəstək verdiyi üçün bu cinayətdə ortaq olduğunu vurğulayıblar. 

Teqlər