Yəmənli qüvvələr ABŞ istehsalı olan silahları qənimət götürüblər
Okt 31, 2016 08:41 Asia/Baku
-
Yəmənli qüvvələr ABŞ istehsalı olan silahları qənimət götürüblər
Yəmənli qüvvələr Səudiyyə muzdlularından ABŞ və Avropa ölkələrinin istehsalı olan müasir silahları qənimət götürüblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri Təiz vilayətinin Əz-Zəif strateji yüksəkliklərini tam nəzarətə alıblar. Onlar həmçinin ABŞ və Avropa ölkələrinin istehsalı olan müasir silahları səudiyyə muzdlularından qənimət götürüblər. Yəmən xalq komitələrinin müharibə təbliğatı qərargahı həmin silahlardan bəzilərini nümayiş etdirib.
Teqlər