İraq ordusunun ilk bölmələri Mosul şəhərinə girdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i243023-İraq_ordusunun_ilk_bölmələri_mosul_şəhərinə_girdi
İslam Müqaviməti qrupunun baş katibi İraq qüvvələrinin Mosul şəhərinə daxil olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2016 13:05 Asia/Baku
  • İraq ordusunun ilk bölmələri Mosul şəhərinə girdi
    İraq ordusunun ilk bölmələri Mosul şəhərinə girdi

İslam Müqaviməti qrupunun baş katibi İraq qüvvələrinin Mosul şəhərinə daxil olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Əli əl-Yasiri bu gün deyib: İraq ordusu qüvvələri ötən gecə Mosul şəhərinin ətrafındakı məhəllələrə daxil olublar.

O əlavə edib: İraq ordusu qüvvələri Mosul şəhərində Həyyüs-Səddam şəhərciyi və Kokz məhəlləsinə daxil olublar.

Mosulun azad olunması əməliyyatı 17 oktyabrdan Heydər əl-İbadinin fərmanı ilə İraq qüvvələri tərəfindən başlanıb.

İraq qüvvələrinin müxtəlif istiqamətlərdən Mosula doğru irəliləməsi xalq səfərbər qüvvələrinin şəhərə daxil olması ilə daha da sürətlənib. On minlərlə təhlükəsizlik qüvvəsi bu ölkənin ən böyük hərbi əməliyyatında Mosulun azad olunması üzrə döyüşləri üç istiqamətdən başlamışlar.