Noy 02, 2016 13:17 Asia/Baku
  • Cümhuriyyət qəzeti: Təslim olmayacağıq
    Cümhuriyyət qəzeti: Təslim olmayacağıq

Türkiyədə çıxan Cümhuriyyət qəzetinin baş redaktoru və işçilərindən bir qrupunun həbs edilməsindən bir gün sonra qəzet " Tslim olmayacağıq" manşeti ilə nəşr edilib

Cümhuriyyət qəzetinin dünənki sayında "Cümhuriyyət" sözünün kənarında qara kadr içərisində " Mətbuat azadlığına növbəti zərbə" sözü yazılmışdır. 

Ötən gecə də bir qrup şəxs qəzetin İstanbul ofisi qarşısına toplaşaraq Cümhuriyyət qəzetinin baş redaktorunun həbs edilməsinə öz etirazlarını bildiriblər. 

Türkiyə polisi bazar ertəsi günü Cümhuriyyət qəzetinin baş redaktoru Murad Sabunçunu qəzetin bir neçə işçisi ilə birlikdə həbs edib.

Həbs edilənlər Fətullah Gülən hərəkatı və PKK ilə əlaqədə olmaqda ittihiam edilirlər. Türkiyə dövlətinin bu təşəbbüsü tənqidlərə səbəb olub. 

"Avropanın qırmızı xətti bizim üçün önəmli deyil"

Türkiyənin baş naziri Binali Yıldırım Avropa Parlamentinin sədri Martin Şultsun Cümhuriyyət qəzetinin baş redaktorunun həbs edilməsinə qarşı reaksiyasına münasibət bildirərkən deyib: Biz Avropa Birliyinin söz azadlığı barədəki qırmızı xətlərinə etina etmirik.

Yıldırım Türkiyə parlamentində etdiyi çıxışında Şultsa xitabən deyib: "Biz sizin qırmızı xətlərinizə önəm vermirik ona görə ki, qırmızı xətləri xalq təyin edir, sizin qırmızı xətlərinizin hansı önəmi ola bilər?"

Teqlər