Noy 03, 2016 16:29 Asia/Baku
  • Bəhreyn alimləri bəyanat veriblər
    Bəhreyn alimləri bəyanat veriblər

Bəhreyn alimləri bu ölkə ruhanilərindən olan şeyx Hani Əl-Binanın Ali-Xəlifə rejimi tərəfindən həbs edilməsini pisləyərək həbsdə olan alimlərin azad edilməsini istəyiblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Bəhreyn alimləri dünən bir bəyanat yayaraq bildiriblər ki, Əhli-Beytin(ə) inanclarını, xüms vacibini və digər dini vacibləri müdafiə etdiyinə görə şeyx Hani Əl-Binanın həbs edilməsi dinə bağlı olan alimlərə qarşı firqəçi zülmdür.

Bəhreyn alimləri bu bəyanatda hakim rejimə Milli Əl-Vifaq İslam Cəmiyyətinin baş katibi şeyx Əli Salmanın hər  hansı bəhanə ilə mühakimə edilməsi barədə xəbərdarlıq ediblər. 

Ali-Xəlifə rejimi özünün represiya siyasətlərinin davamında bəhreynli alim şeyx Hani Əl-Binanı digər bəhreynli tanınmış ruhanilər şeyx İsa Qasim və şeyx Əli Salmanı dəstək aksiyasında iştirak etdiyinə görə, Bəhreynin təhlükəsizliyinə qarşı təşəbbüs, gəncləri hakimiyyətə qarşı mübarizəyə təşviq etmək kimi ittihamlarla həbs edilib. 

Bəhreyn 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir.

Bəhreyn xalqı siyasi islahatlar, ədalətin bərqərar olunması, ayrı-seçkiliklərə son qoyulması və xalq tərəfindən seçilən bir hökumətin yaranmasını istəyir. Ali-Xəlifə rejimi isə bu kimi tələblərə qarşı repressiya siyasəti tətbiq edir. 

Teqlər