Yəməndə müharibə ABŞ və Britaniyanın xeyirinədir
-
Yəməndə müharibə ABŞ və Britaniyanın xeyirinədir
Yəmən Ənsarullah Xalq Hərəkatının Siyasi Şurasının üzvü Yəməndə müharibənin davam etməsinin Amerika və Britaniyanın xeyirinə olduğunu deyib.
Məhəmməd Əl-Büxəyti dünən Əl-Məyadin telekanalına müsahibəsində deyib: Səudiyyə Ərəbistanı ilə iri məbləğdə hərbi müqavilələri olan ABŞ və Britaniya Yəməndə müharibədən fayda götürürlər.
Məhəmməd Əl-Büxəyti Britaniyanın Yəmən böhranı ilə əlaqədar bütün təkliflərinin Səudiyyə Ərəbistanını himayə xarakteri daşıdığını bildirib. O həmçinin deyib: Rusiya ABŞ-ın BMT-nin Təhlükəsizlik Şurasından öz məqsədləri istiqamətində sui-istifadə etməsinə mane olur.
Səudiyyə Ərəbistanının ABŞ-dan silah alışı müqavilələrinin dəyəri 115 milyard dollar təşkil edir.
Həmçinin Səudiyyə Ərəbistanının militarist siyasətlərinin məqsədləri çərçivəsində Britaniya bu dövlətə 40 milyard dollar dəyərində silah satışı müqaviləsinin icrasına başladığını bildirib.
Səudiyyə Ərəbistanı Yəmənə qarşı müharibəsi, terrorçulara dəstək verməsi istiqamətində bu kimi silahlara ehtiyaclıdır və iqtisadi problemlərlə üz-üzə dursa da, böyük məbləğdə vəsaiti silah almağa sərf edir.