Noy 03, 2016 19:46 Asia/Baku
  • Türkiyə universitetlərinin elmi heyətinin bir çox üzvü həbs edilib
    Türkiyə universitetlərinin elmi heyətinin bir çox üzvü həbs edilib

İstanbul polisi 15 iyul dövlət çevrilişinə cəhdin amilləri ilə mübarizə əməliyyatının davamında bu şəhərdə universitetlərin elmi heyətlərinin bir çox üzvünü həbs edib.

İRİB-in verdiyi məlumata görə, İstanbul polisi bu gün bildirib ki, həbs edilənlər Fətullah Gülən hərəkatı ilə əladəqə imişlər.

Məlumata görə, dünən bir gün ərzində Türkiyənin 13 vilayətində 137 müəllim həbs edilib. 

Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişindən bu günədək bu ölkədə dövlət işçilərindən 100 min nəfər, o cümlədən müəllimlər, məhkəmə işçiləri və təhlükəsizlik məmurları işdən qovulublar və bu rəqəmdən 37 min nəfəri hazırda həbsdə saxlanılır.

Türkiyə hökuməti Fətullah Güləni və onun tərəfdarlarını hökumət aparatlarında nüfuz etmək, paralel dövlət yaratmaq və 15 iyul dövlət çevrilişi planını qurmaqda ittiham edir. 

Fətullah Gülən dəfələrlə Türkiyə hökumətinin ittihamlarını rədd edib, bu ittihamlara baxılması üçün beynəlxalq bir komitənin yaradılmasını istəyib. 

Teqlər