Noy 05, 2016 10:30 Asia/Baku
  • Türkiyədə etirazlar və həbslər
    Türkiyədə etirazlar və həbslər

Türkiyənin 4 şəhərində hökumətə qarşı keçirilən nümayişlər polisin müdaxiləsi ilə qarşıdurmalara gətirib çıxarıb.

Anadolu informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyənin Xalqların Demikratik Partiyasının tərəfdarlarından ibarət yüzlərlə adam İstanbul, Ankara, İzmir və Antaliyada aksiya keçirərək hökumət və polis qüvvələrinin bu partiyanın bir neçə üzvünü həbs etməsinə öz etirazını bildiriblər.

Dünən keçirilən bu aksiyalara qarşı türkiyə polisi gözyaşardığı qaz və su şırnaqlarından istifadə edib. 

Məlumata görə Ankarada 10, Antaliyada 5 və İstanbulun Esenyurt və Kadiköy məhəllələrində 7 nümayişçi həbs edilib. 

Türkiyə polisi cümə günü səhər çağı ölkənin 5 şəhərində keçirdiyi əməliyyatda Xalqların Demokratik Partiyasının parlamentdəki 13 deputatını həbs edib. Bu partiyanın rəhbərlərindən olan Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da həbs edilənlər sırasındadır. 

Teqlər