Ərəbistanlı əsirlər Yəməndə savaşın dayandırılmasını istədilər
-
Ərəbistanlı əsirlər Yəməndə savaşın dayandırılmasını istədilər
Yəmənin Müharibə Təbliğatı Qərargahı Yəməndə savaşın dayandırılması istəyi ilə çıxış edən bir qrup ərəbistanlı əsirin sözlərini yayımlayıb.
Yəmən mənbələri bildiriblər ki, Ərəbistanın təcavüzkar muzdlularının Yəmənin cənubunda yerləşən Təiz şəhərində bir məhəlləyə raket hücumu nəticəsində bir qrup ölüb və yaralanıb.
Bu hücum zamanı bir neçə mağaza da yanğına məruz qalıb.
Ərəbistan qırıcıları isə Təiz əyalətində, Əl-Zəhra məntəqəsində yerləşən rabitə qovşağını 2 dəfə hücuma məruz qoyublar. Həmçinin, Vaziyə şəhərində əkin sahələrinin bombalanması zamanı bir yəmənli hədəfə alınıb.
Bunun müqabilində yəmənli qüvvələr bildiriblər ki, təcavüzkar Ərəbistan muzdlularını Təiz əyalətində hədəfə alaraq, bir neçə muzdlunu öldürüblər.
Yəmənin Müharibə Təbliğatı Qərargahı 4 ərəbistanlı əsirin sözlərini yayımlayıb. Bu şəxslər Ərəbistan ərazisində əsir alınan dəstə üzvlərindəndirlər. Onlar müharibənin dayandırılmasını istəyiblər.