Noy 07, 2016 12:42 Asia/Baku
  • İraq türkmənləri könüllü xalq qüvvələrinin kənarında
    İraq türkmənləri könüllü xalq qüvvələrinin kənarında

İraq türkmənləri və şəbəkilərindən ibarət xalq qüvvələri Mosulun azad edilməsi əməliyyatında könüllü xalq qüvvələrinin kənarında iştirak ediblər.

Əl-İraqiyə telekanalının verdiyi məlumata görə, könüllü xalq qüvvələrinin komandanlarından olan Əbu Cəfər Şəbəki deyib: Şəbəki və Türkmən könüllüləri də Neynəva çölünə doğru irəliləyişlərini davam etdirirlər.Onlar ordu qüvvələri ilə birlikdə Mosulun ətraf məntəqələrinin azad edilməsinə səy göstərərək, Mosul şəhərinin mərkəzinə doğru irəliləyirlər. 

İraq türkmənləri könüllü xalq qüvvələrinə qoşulmalarının səbəbini dini borcun yerinə yetirilməsi adlandırıb və bildiriblər ki, bu, Amirli məntəqəsinin mühasirəyə alınmnasında könüllü xalq qüvvələrinin dəstəyinə olan cavabdır. 

İraqdan daxil olan məlumatlara görə, Tələfərdəki terrorçulara dəstək verən Mosuldakı terror dəstəsi könüllü xalq qüvvələrinin ağır zərbələr endirməsinin ardınca qaçmağa məcbur olub. 

Teqlər