Bəşiqə azad edildi
Mosulun şimal şərqində yerləşən Bəşiqə Şəhəri terrorçuların işğalından tamamiylə azad edilib
İRNA-nın verdiyi məlumata görə, kürd peşmərgə qüvvələri bu gün üç istiqamətdən Bəşiqə şəhərinə daxil ola bilib və bu şəhəri İŞİD terrorçularının işğalından tamamiylə azad ediblər.
Bəşiqə iki həftədir kür peşmərgələrinin tam mühasirəsində idi və İraq Kürdüstanının başçısı Məsud Barizani Bəşiqənin artıq hərbi baxımdan İraq qüvvələrinin nəzarətinə keçmiş olduğunu öncədən bildirmişdi.
Bəşiqə İraqın şimalında Neynəva vilayətinin strateji bölgələrindən biridir.
Mosulun qərb istiqamətində də iraqlı qüvvələr Mosulun cənub qərbində yerləşən Həvic-əl-Hisan kəndini İŞİD-in işğalından azad ediblər.
Eyni zamanda İraqda terrorizm ilə mübarizə idarəsi bildirib ki, Moslunun azad edilməsi əməliyyatına start verilən andan bu saatadək Neynəva vilayətinin 60 faizi azad edilib.
Mosulun və Neynəva vilayətinin ətraf ərazilərinin azad edilməsi əməliyyatına oktyabrın 17-dən başlanıb.
Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatında ordu, polis, Əl-Həşədüşşəbi, terrorizm ilə mübarizə bölməsi, kürd peşmərgələri və Neynəva vilayətinin köçəri tayfaları iştirak edirlər.