Yəmən müharibəsində minlərlə insan həyatını itirib
-
Yəmən müharibəsində minlərlə insan həyatını itirib
Ümumdünya Shiyyə Təşkilatı bildirib ki, artıq 20-ci aya daxil olan Yəmən müharibəsi nəticəsində 7 min nəfər həlak olub 37 min insan yaralanıb.
İRİB-nin verdiyi məlumata görə, ÜST dünən gecə bir bəyanat yayaraq Yəmən müharibəsinini başlanmasından oktyabrın 25-dək 7070 nəfərin həlak olduğu 36818 nəfərin isə yaralandığından xəbər verib.
ÜST həmçinin bu ölkədə 21 milyon insanın təcili tibbi yardıma ehtiyaclı olduğunu bildirib.
ÜST-nin bəyanatında deyilir: Yəməndə qarşıdurmalar nəticəsində 2 milyon 100 min insan evsiz-eşiksiz qalıb, ölkənin tibbi mərkəzlərinin yarısından çoxu fəaliyyətini dayandırmalı yaxud məhdudlaşdırmalı olub, ölkənin 40 faiz ərazisində tibbi xidmət çatışmazlığı problemi yaranıb.
Yəmən 2015-ci il mart ayının 26-dan Ənsarullah qüvvələri ilə təcavüzkar Səudiyyə Ərəbistanının təşkil etdiyi koalisiyanın dəstək verdiyi fərari prezident Mənsur Hadinin muzdluları arasında toqquşma meydanına çevrilib.
Birləşmiş Millətlər Təşkilatının Yəməndə toqquşan tərəfləri atəşkəsə riayət etmək və sülh danışıqlarına yenidən başlamağa dair çağırışları nəticəsiz qalıb.
Yəməndə böhran elə bir şəraitdə davam edir ki, son günlər beynəlxalq təşkilatlar bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması və səmərəsiz qidalanma probleminin geniş yayılması barədə xəbərdarlıq ediblər.