İŞİD neft quyularını yandırır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i244433-İŞİd_neft_quyularını_yandırır
Terrorçu İŞİD qrupu Mosulun cənubunda Hümaməl-Əlildən geri çəkilərkən ərazidəki neft quyularını yandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 07:24 Asia/Baku
  • İŞİD neft quyularını yandırır
    İŞİD neft quyularını yandırır

Terrorçu İŞİD qrupu Mosulun cənubunda Hümaməl-Əlildən geri çəkilərkən ərazidəki neft quyularını yandırıb.

İraq qüvvələri isə Mosulun cənubunda 56 neft quyusuna nəzarəti ələ keçirə biliblər. 

İraqlı mənbələr İŞİD-in bir həftə öncə quyuları yandırmağa hazırlaşdığını bildirərək deyirlər ki, bunun özü İŞİD-in məğlubiyyətini göstərir, onlar özlərini gözdən itirməyə çalışırlar. 

Əl-Aləm telekanalı da İraqın federal polisinə istinadla bildirib ki, Mosulun cənubunda Bu-Seyf kəndində İŞİD terrorçularının mövqeləri hədəfə alınıb nəticədə 40 terrorçu öldürülüb. Öldürülənlər arasında terrorçuların başçılarından olan Əhməd Hafiz də var.