Noy 11, 2016 12:25 Asia/Baku
  • Mahmud Abbas
    Mahmud Abbas

Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas Yasir Ərəfatın vəfatının 12-ci ildönümü münasibəti ilə etdiyi çıxışında deyib: Biz ərəb ölkələrinin daxili işlərinə müdaxilə etmirik və heç kəsin də bizim daxili işlərimizə müdaxilə etməsini qəbul etmirik.

Qüds informasiya kanalının verdiyi məlumata görə, Mahmud Abbas deyib: Fransızlara və avropalılara dedik, İran ilə problemlərinizi həll etmək üçün sürətlə addım atdınız, bəs nə üçün bizimlə anlaşmada belə etmirsiniz? Bundan sonra Paris konfransının keçirilməsi ideyası gündəmə gəldi. Fələstin məsələsinin ərəb və dünya prinsipləri əsasında izlənilməsi üçün beynəlxalq bir komitənin yaradılması məqsədi ilə Parisdə beynəlxalq bir konfransın keçirilməsi barədə Fransa ilə anlaşdıq. 

M.Abbas əlavə edib: Qüds iki ölkənin paytaxtı olmayacaq. Bir daha təkid edirəm, Qüds sadəcə Fələstin ölkəsinin paytaxtı olacaq. Biz öz torpaqlarımızda möhkəm dayanacağıq. Ölkəmizdə qanunsuz qəsəbələrin salınması ilə mübarizə aparmaq üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət edəcəyik. 

Teqlər