Həşdüşşəbinin uğurları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i244856-həşdüşşəbinin_uğurları
İraq mənbələri Tələfərin cənubunda yerləşən 3 kəndin könüllü xalq qüvvələri tərəfindən azad edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2016 08:56 Asia/Baku
  • Həşdüşşəbinin uğurları
    Həşdüşşəbinin uğurları

İraq mənbələri Tələfərin cənubunda yerləşən 3 kəndin könüllü xalq qüvvələri tərəfindən azad edilməsindən xəbər veriblər.

Əlcəzirə telekanalının verdiyi məlumata görə, İraqın təhlükəsizlik mənbələri Həşdüşşəbi(könüllü xalq qüvvələri) yaraqlılarının Tələfərin cənubunda yerləşən 3 kəndi İŞİD terrorçularının işğalından azad etdiklərini bildiriblər. Bu üç kəndin heç bir döyül olmadan azad edildiyi bildirilir. Bu məlumata görə, könüllü xalq qüvvələri 2014-cü ilin ortalarından İŞİD tərəfindən işğal edilmiş Tələfər şəhərinə doğru irəliləyişini davam etdirirlər.