Noy 11, 2016 13:40 Asia/Baku
  • Hələbin
    Hələbin "Zahiyətüləsəd" məntəqəsi azad edildi

Yerli mənbələr Suriya ordusunun Hələbin qərbində yerləşən Zahiyətüləsəd məntəqəsinə nəzarəti, terrorçular ilə gedən ağır döyüşlərin sonunda, təmin etməyi bacardığından xəbər veriblər.

İRNA-nın məlumatına görə, Suriya ordusu cümə axşamı Zahiyətüləsədin cənub-şərq hissəsində yerləşən onlarla yaşayış massivini terrorçulardan təmizləyərək, bu məntəqənin mərkəzinə doğru irəliləməyi bacarmışdı. 

Suriya ordusu ötən bir neçə gündə Ceyşül-Fəth terror qruplaşmasını Hələbin cənub və cənub-qərb hissələrindən geri çəkilməyə məcbur edərək, Tələlrəxm, Tələlmutə və Əlhəkmə məktəbini azad etməyi bacarıb. 

Bir hərbi mənbə isə bildirib ki, Ənnüsrə Cəbhəsi terrorçuları ordu qüvvələrinin hücumu zamanı Dərada məhv edilib. Bu hücum zamanı terrorçulara məxsus çoxlu sayda silah və hərbi sursat da məhv edilib. 

Suriya 2011-ci ildən bəri Ərəbistan, Amerika və müttəfiqləri tərəfindən himayə edilən terrorçuların bu ölkəyə kütləvi şəkildə axın etməsinin ardınca yaranan təhlükəsizlik böhranı ilə üz-üzədir. Terrorçuların Suriyaya göndərilməsində məqsəd Əsəd hökumətini devirməkdir. 

Teqlər