İngiltərə Fars Körfəzindəki ilk hərbi dəniz bazasını Bəhreyndə təsis etdi
Britaniya şahzadəsi Çarlz cümə axşamı Bəhreyndəki böyük hərbi dəniz bazasının rəsmi açılış mərasimində iştirak edib. Bu baza, Britaniyanın 40 ildən sonra Britaniyanın Fars Körfəzindəki ilk hərbi dəniz bazası sayılır.
Britaniya Bəhreyndəki hərbi dəniz bazasını, İngiltərənin cənubunda yerləşən Port Smusdan sonra krallığın hərbi dəniz donanması üçün 2-ci ən iri əməliyyat mərkəzinə çevirmək istəyir. Belə ki, Britaniyanın hərbi gəmiləri yanacaq və ya təmir üçün artıq İngiltərəyə qayıtmaq məcburiyyətində olmayacaqlar.
Bu dəniz bazasında 600 hərbçi döyüş gəmilərinə dəstək işində çalışacaq.
Britaniya krallığının hava qüvvələri də 90 ildən çoxdur ki, Bəhreyndəki hava bazalarından istifadə edirlər.
5 il öncədən Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etirazları baş qaldırıb və İngiltərə xalq etirazlarını yatırtmaq üçün Bəhreynə 55 milyon dollar dəyərində silah satıb.