Noy 14, 2016 12:40 Asia/Baku
  • Hələb sakinləri öz evlərinə qayıdırlar
    Hələb sakinləri öz evlərinə qayıdırlar

Hələbin qərbində Menyan əhalisinin öz mənzillərinə qayıdışına start verilib. Bu bölgə son günlər Suriya ordusu və onun müttəfiqlərinin vasitəsi ilə silahlı terrorçulardan azad edilmişdir.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Suriya ordusu və müttəfiq qüvvələri Hələbin qərbində yerləşən Menyan kəndini azad etdikdən sonra bölgə sakinləri öz evlərinə qayıtmağa başlayıblar. Amma ev deyilə biləcək bir şey qalmayıb. Əhali isə öz mənzillərini yenidən tikəcəklərini bildirirlər. 

Bölgə sakinlərindən biri Əl-Aləmin müxbirinə deyir:  Doğrudur terrorçular evlərimizi dağıtdılar. Amma bu gün biz Suriya ordusunun əzmkarlığı sayəsində təhlükəsizlik içində kəndimizə qayıdırıq. 

Başqa sakin deyir: Bölgəyə təhlükəsizlik qayıtdıqdan sonra biz də öz evlərimizə qayıtdıq. 

Terrorçular vaxtaşırı olaraq Menyan kəndini minomyotla hədəfə alırlar. Ona görə ki, əhalinin öz evlərinə qayıdışına mane olsunlar, amma bu hücumlar bölgə sakinlərinin bərpa və abadlıq işlərinə, xarabalıqları abadlığa çevirmək səylərinə heç bir təsir buraxmamışdır. 

Sakinlərdən biri deyir: Kəndin heç bir binası, hətta məktəb və çörəkxana belə dağıntıdan amanda qalmayıb. Yaraqlılar çörəkxananın avadanlıqlarını götürüb məhv ediblər. Terrorçular kəndin yeganə müalicə mərkəzini də dağıdıblar. Onlar müalicə mərkəzinin təchizatlarını məhv ediblər və binanı da yandırıblar. 

Hər bir küçədə sadəcə dağıntı müşahidə edirsiniz, amma Menyan kəndinin sakinlərinin yaşamaq iradəsi hələ də güclüdür. 

Teqlər