Mosulun Kərküklü bölgəsi terrorçuların işğalından azad edilib
Mosulun şərqində yerləşən Kərküklü bölgəsi tamamilə terrorçu İŞİD-in işğalından azad edilib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraq qüvvələri dünən Kərküklünü tamamilə azad edərək Mosulun Bəkr və Ədən bölgələrinə daxil olublar.
Əl-Aləm Mosulun cənub cəbhəsində gedən əməliyyatlar barədə bildirib ki, federal polis qüvvələrinin baş qərargahı Neynəvanın cənub istiqamətində bütün ərazilərin azad edilməsindən, Mosul şəhərinə hücuma hazırlıqların getməsindən xəbər verib.
İraqın federal polis qüvvələrinin komandanı general Şakir Cövdət deyib: Hal-hazırda 1850 kvadrat kilometrdən ibarət olan Mosulun cənub əraziləri iraqlı qüvvələr tərəfindən azad edilmişdir.
Ş.Cövdət deyib: İraqlı qüvvələr ərazidə 64 kəndi azad ediblər və Neynəva əməliyyatının başlandığı gündən 935 terrorçunu məhv ediblər.