Noy 14, 2016 15:14 Asia/Baku
  • Tələfər aeroportuna doğru əməliyyatın üçüncü mərhələsi başlandı
    Tələfər aeroportuna doğru əməliyyatın üçüncü mərhələsi başlandı

İraqın xalq səfərbər qüvvələri Mosulun qərb bölgələrinin Tələfər şəhərinin mərkəzi və aeroportuna doğru azad olunması əməliyyatının üçüncü məhələsinin başlandığını bildirib.

Əl-Minar televiziyasının məlumatına görə, Xalq Səfərbər Qüvvələrinin sözçüsü Əhməd əl-Əsədi İŞİD terror qruplaşmasının işğalında olan bölgələrin sakinlərini bütün imkanları ilə xalq səfərbər qüvvələrini dəstəkləməyə və hərbi əməliyyatların yerinə yetirilməsi üçün onlara kömək etməyə çağırıb.

Əhməd əl-Əsədi əl-Minar televiziyasına verdiyi eksklüziv müsahibədə deyib: Xalq Səfərbər qüvvələri bu gün səhər qərb istiqamətindən Neynəvanın azad olunması əməliyyatının üçüncü mərhələsinə başlayıb. Xalq Səfərbər qüvvələrinin əməliyyat keçirdiyi bölgə  müxtəlif səbəblərə görə çoxlu əhəmiyyət daşıyır. Çünki Mosurl və İraq və Suriya sərhədləri arasındakı tədarüklərin nəqli yalnız bu bölgədən keçir və bu yol Mosulda yerləşmiş İŞİD ünsürlərinin yeganə tədarük yoludur. Xalq Səfərbər Qüvvələrinin əməliyyatı çox geniş bir bölgədə keçirilir. Bu ərazinin təxminən 14 min kvadrat kilometr sahəsi vardır. İndiyə qədər onun 1400 kvadrat kilometri azad olunmuşdur. Fikrimcə, əməliyyat müxtəlif mərhələlərdə icra olunacaq və əl-Həzər rayonu, Bəac və əl-Qeyrəvan bölgələri və Tələfər aeroportu və sonda, Tələfər şəhərinin azad olunması ilə nəticələnəcək.

Teqlər