Bəhreynlilər əsassız bəhanələrlə həbs edilirlər
-
Bəhreynlilər əsassız bəhanələrlə həbs edilirlər
Bəhreynin insan haqları mərkəzi bildirib ki, 7-13 noyabr günlərində 18 bəhreynli siyasi ittihamlarla Ali-Xəlifə rejimi tərəfindən həbs edilib
İRNA-nın verdiyi məlumata görə, Bəhreynin insan haqları mərkəzi bu gün özünün həftəilik hesabatında 18 siyasi məhbusa 241 il həbs cəzası verildiyini bildirib.
Bəhreyn insan haqları mərkəzi ölkənin müxtəlif bölgələrində əhalinin dinc etiraz aksiyalarına qarşı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hərbçilərinin köməyi ilə rejim tərəfindən tətbiq edilən repressiyaları pisləyib.
Bəhreyn prokuroru isə iki hüquq müdafiəçisini Bəhreyn şiələrinin rəhbəri şeyx İsa Qasimin mənzili qarşısına toplaşmaq və tətilə çağırmaq ittihamı ilə həbs edib.
Bəhreynin Daxili İşlər Nazirliyi BMT insan haqları şurasının iclasının vaxtının gəlib çatmasını nəzərə alaraq Bəhreynin hüquq müdafiəçilərinə qarşı əsassız ittihamlarla onların ölkədən çıxmalarını və hüquqi fəaliyyətlərini qadağan edir.
Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı dinc aksiyaların şahididir.
Bəhreyn xalqı siyasi islahatların aparılması, ölkədə ədalətin bərqərar olunması, ayrı-seçkiliklərə son qoyulması və hökumətin xalqın seçimi əsasında təşkil olunmasını istəyir. Ali Xəlifər rejimi xalqın bu tələblərlə yanaşı keçirdiyi dinc aksiyalara güc tətbiq edir.