Noy 17, 2016 11:37 Asia/Baku
  • Bəhreyndə etiraz aksiyaları
    Bəhreyndə etiraz aksiyaları

Bəhreynin müxtəlif bölgələrində əhali firqəçi zülmlərə qarşı etiraz aksiyası keçirib

Əl-Lolo televiziyasının verdiyi məlumata görə, Bəhreyndə xalqın rejimin şiələrə qarşı məzhəbçi zülmləri əleyhinə etirazları davam etməkdədir. Bu istiqamətdə Əddih bölgəsində əhali aksiya keçirərək xalqın öz taleyini təyin etmək hüququna təkid ediblər. Əl-Əkr bölgəsi də etirazların şahidi olub. Sakinlər etiraz aksiyasında səsləndirdikləri şuarlarda şəhidlərin qatillərinin ədalətə verilməsi və mühakimə edilməsini istəyiblər amma Ali-Xəlifə rejimi onlara hərbi texnikası ilə cavab verib. Qəfildən hər tərəf dumana bürünüb , göz yaşardıcı qaz bütün məntəqəyə yayılıb, bundan məqsəd isə etirazçıları dağıtmaq olub. 

Ənnəvidərat bölgəsində isə nümayişçilərə qarşı sərt repressiyialar tətbiq olunub. Nümayişçilər " siyasi məhbuslar azad edilməlidir" şuarları səsləndirərkən Ali-Xəlifə rejiminin təhlükəsizlik polisi saçmalı mərmilərdən istifadə edib. 

Teqlər