Noy 18, 2016 10:20 Asia/Baku
  • Yəmənin cənubunda bir bazarın atəşə tutulması ilə mülkilər qırğın edilib

Yəməndəki rəsmi mənbələr Təiz vilayətindəki bir bazarın gülləbaran edilməsi zamanı 47 nəfərin həlak olması və yaralanmasından xəbər veriblər.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə. Təiz vilayətinin şimal-şərqində yerləşən Salə şəhərindəki Suftil bazarının bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan muzdurlar tərəfindən gülləbaran edilməsi zamanı 22 nəfər şəhid olub, 25 nəfər də yaralanıbdır. 

Belə bir halda, təcavüzkar Ərəbistan qırıcıları iki növbədə Yəmənin Əlhədidə vilayətində yerləşən Səlif rayonunun məntəqələrini bombalayıblar.

Ərəbistan qırıcıları həmçinin dəfələrlə Səna vilayətini kasset bombaları ilə hədəfə alıblar.

Yəmənli qüvvələr də səudların hücumlarına cavab olaraq, Təiz vilayətindəki Əlməkləkəl məntəqəsində ərəbistanlı muzdurların mövqelərini hədəfə alıblar ki, bu əməliyyatda bir qrup səud muzduru ölüb və yaralanıbdır.

Yəməni qüvvələr habelə səud muzdurlarının Marəb vilayətində irəliləyiş üzrə cəhdlərini dəf ediblər.

Döyüşən tərəflər arasındakı razılaşmaya əsasən, Yəməndə atəşkəs dünən başlanmalı idi.

Ənsarullah hərəkatı və Milli Konqres Partiyası bildiriblər ki, yeni atəşkəsə sadiq qalacaqlar, bu şərtlə ki, qarşı tərəf də ona sadiq qalmış olsun.

Teqlər