Noy 18, 2016 10:31 Asia/Baku
  • Rusiya Suriyada terrorçuların mövqelərinə qarşı hava əməliyyatı keçirib

Rusiya öz bombardmançılarının Suriyada terrorçuların mövqelərinə ağır zərbələr endirmələrindən xəbər verib.

IRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, dünən bu ölkənin TU-95 tipli uzaq mənzilli bombardmançıları Suriyanın şimalı və şimal-qərbində yerləşən İŞİD və Cibhətunnusrə terroçularının mövqelərini hədəfə alaraq, onlarla terrorçunu öldürüb və onlara ağır xəsarətlər vurublar.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, bu ölkənin qitələrarası təyyarələri Rusiya ərazisindən havaya qalxıb, Atlantik okeanından keçib, havada yanacaq dolduraraq, terrorçuların öncədən təyin olunmuş mövqelərini raket və bomba hədfələrinə alıb və sonra öz bazalarına geri dönüblər.

Rusiyanın ikinci dövlət telekanalı da xəbər veribdir ki, Suriyadakı Həmimim hava bazasından havaya qalxan "Suxoy-30" tipli qırıcılar, eləcə də "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisinin uçuş bölməsinin "Suxoy-33" tipli çoxməqsədli hərbi təyyarələri də bu hücumlarda iştirak ediblər.

Terrorçuların silah və sursat anbarları, eləcə də təlim düşərgələri və ya əməliyyat bölmələri formasında olan toplaşma mərkəzləri, onların ağır silahları və zirehli təchizatlarının yerləşdiyi məkan darmadağın edilmiş mərkəzlərdən olublar. Bu hədəflər öncədən pilotsuzlar tərəfindən aşkarlanmışdı.

Rusiya terrorçuları darmadağın etmək üçün öz qitələrarası bombardmançılarının hərbi üçuşlarından əlavə, ötən ildən Suriya dövlətinin xahişi ilə Həmimim bazasında yerləşən öz hava-kosmos bölməsindən istifadə edərək, Suriya  hərbçilərinin terrorçulara qarşı əməliyyatlarını dəstəkləyir və son zamanlar da özünün Aralıq dənizində gücləndirilmiş dəniz donanmasından terrorçuların əleyhinə istifadə edir.

Teqlər