İraqın Fəllucə şəhərindəki terror partlayışında onlarla nəfər həlak olub
İraqın Ələnbar vilayətinin Fəllucə məntəqəsinin yaxınlığında baş verən terror partlayışı nəticəsində azı 17 nəfər həlak olub.
IRNA-nın məlumatına görə, dünən gecə İraqın Ələnbar vilayətinin Fəllucə şəhərinin Amiriyyə məntəqəsinin yaxınlığında keçirilən bir toy mərasimində bomba partlayıb; 17 nəfər ölüb, 35 nəfər də yaralanıbdır.
Bu məlumata görə, bir partlayış amili bomba qoyulmuş avtomobili Fəllucə şəhərinin Amiriyyə məntəqəsinin yaxınlığında keçirilən bir toy mərasiminə doğru istiqamətləndirib və sonra onu partladıbdır. Partlayışın güclü olmasına görə, tələfatın artması ehtimalı çox yuxarıdır.
Bazar ertəsi günü də Fəllucə şəhərindəki bir yoxlama-buraxılış məntəqəsinin qarşısında bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində səkkiz nəfər həlak olmuş, 20 nəfər də yaralanmışdı.
İraqlı rəsmilər deyirlər ki, bu ölkə ordusunun İŞİD-in əsas bazası olan Neynəva vilayəti və bu vilayətin mərkəzi- Mosul şəhərində terrorçuların mövqelərinə qarşı əməliyyatlarının başlanması ilə İŞİD-çilərin şəhər məntəqələrində əhalini qorxutmaq üzrə hərəkətləri artıbdır.