Noy 18, 2016 12:56 Asia/Baku
  • İşğal olunmuş Fələstində yaşayan ərəblər aksiya keçiriblər

İşğal olunmuş Fələstində yaşayan ərəblər işğal olunmuş Qüdsdə azan verilməsinin qadağan edilməsinə dair sionist qanunun ilkin mətninə etiraz, həmçinin fələstinli əsirlərlə həmrəylik əlaməti olaraq, aksiya keçiriblər.

Anadolu xəbər agentliyinin məlumatına görə, işğal olunmuş Fələstində yaşayan onlarla ərəb işğal olunmuş Qüdsdəki məscidlərdən azanın verilməsinin qadağan edilməsinə dair sionist qanunun ilkin mətninə etiraz, həmçinin sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirlər, xüsusən 1948-ci ildə işğal olunmuş ərazilərdə islami hərəkatın sədri Şeyx Raid Səlahla həmrəylik əlaməti olaraq, cümə axşamı günü işğal olunmuş Fələstinin şimalında yerləşən Ummulfəhm şəhərində aksiya keçirib.

Aksiyaçılar ötən bazar günü məhbəsin pis şəraitinə etiraz olaraq, aclıq elan etmiş Şeyx Raid Səlahın portretlərini daşıyaraq, "Əsirlər azad edilsinlər!", "Azanın verilməsinin qadağan olunması qanunu heç vaxt icra olunmayacaq!" və "Məscidlərin minarələri heç vaxt susmayacaqlar!" şüarları veriblər.

Həmçinin "Demokratiya Naminə" adlı yəhudi müəssisəsi də Fələstin məscidlərindən azanın verilməsinin qadağan edilməsi planı ilə müxalifət edərək, bildirib ki, bu planda məqsəd, din və ibadət azadlıqlarını pozmaqdır.

İsrail rejimi noyabrın 13-də azan səsinin bəzilərini incitməsi bəhanəsilə işğal olunmuş Fələstindəki məscidlərdən azanın verilməsini qadağan edən bir qanun qəbul etdi.

 

Teqlər