Mosulun yaxınlığında daha bir kütləvi qəbir aşkarlanıb
-
Mosulun yaxınlığında daha bir kütləvi qəbir aşkarlanıb
İraqlı qüvvələr cümə günü Mosulun cənubundan on kilometr aralıda yerləşən "Təl-Zəhəb" kəndinin yaxınlığında kütləvi qəbir aşkarlayıblar.
IRIB-nin məlumatına görə, İraq Daxili İşlər Nazirliyinin rəsmilərindən olan mayor Yəhya Cümə bildirib ki, İraqın polisi, ordusu və təhlükəsizlik qüvvələrindən təqribən 40 nəfərin cəsədi bu kütləvi qəbirdədir.
İlk dəfə deyildir ki, iraqlı qüvvələr İŞİD-in işğalından azad edilən məntəqələrdə kütləvi qəbir aşkarlayırlar.
İraqlı qüvvələr ötən həftə də Mosulun cənubundakı "Həmam əl-Əlil" məntəqəsində bir kütləvi qəbir aşkarlayırlar.
Human Rights Watch təşkilatı çərşənbə günü kütləvi qəbir barədə İraqın təhlükəsizlik qüvvələri tərəfindən bu məntəqədə aparılmış təhqiqatlara toxunaraq, qeyd edib ki, bu qəbirdə İraqın polis qüvvələrindən 300 nəfərin cəsədi mövcuddur.
İraqın ordusu, xalq qüvvələri, peşmərgə qüvvələri və bu ölkənin mərkəzi polisindən ibarət müştərək iraqlı qüvvələr bu ölkə ordusunun hava qüvvələrinin himayəsi altında cari ilin 17 oktyabrından Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlayıb və nəzərəçarpacaq uğurlar qazanıblar.
Mosulun azad edilməsi əməliyyatının başlanması ilə İŞİD-in Neynəva vilayətindəki cinayətləri də artıbdır.